"Əlifba"nın müəllifi vəfat etdi

13-08-2021, 13:43

“Əlifba” kitabının müəllifi, professor Yəhya Kərimov vəfat edib.

ASmedia.az xəbər verir ki, Y.Kərimov bu gün 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Yəhya Kərimov 1927-ci ildə, Qax rayonun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olub və oranı bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirib.



Yəhya Kərimov yüzlərcə əsərin,o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri","Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir.

1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi,bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir. Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktorudur.


İstifadəçi paneli