Ermənistanda hərbi hissədə üç hərbçinin meyiti tapıldı

19-08-2021, 09:44

Ermənistanın hərbi hissələrinin birində üç hərbi qulluqçunun meyiti tapılıb.

ASmedia.az-ın xəbərinə görə, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda göstərilir ki, ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinin mühafizə olunan ərazisində meyiti tapılan hər biri 2002-ci il təvəllüdlü olan üç hərbi qulluqçununMurad Muradyan, Levon Arutyunyan və Qor Saakyanın üzərində güllə yaraları olub.


İstifadəçi paneli