Pakistan Talibanın liderlərindən birini azad etdi

19-08-2021, 11:08

Pakistan hökuməti Talibanın nüfuzlu liderlərindən olan Molla Məhəmməd Rəsulu həbsdən azad edib.

ASmedia.az xəbər verir ki, bu məlumatı “Pajhwok” agentliyi yayıb.

Qeyd edək ki, Talibanın keçmiş lideri Molla Məhəmməd Ömərin öldürülməsindən sonra Rəsul onun yerinə müavininin keçməsinə qarşı çıxmışdı. Bundan az sonra Rəsul 2016-cı ildə Pakistanda həbs edilmişdi. Az sonra isə Molla Ömərin müavini ABŞ-ın aviazərbəsi nəticəsində öldürülmüşdü.


İstifadəçi paneli