Həftəsonu ictimai nəqliyyat qadağası nə vaxt ləğv ediləcək?

20-08-2021, 09:52

"Həftəsonu ictimai nəqliyyatın məhdudlaşdırılmasının əsas məqsədi aktivliyin aşağı salınmasıdır. Aktivlik nə qədər çox artırsa, yoluxma sayı da kəskin artır".

ASmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, sentyabrın ortalarında epidemioloji vəziyyətdən asılı olaraq bununla bağlı hər hansı qərar qəbul oluna bilər.


İstifadəçi paneli