Kim ölkədə sərbəst hərəkət istəyirsə, vaksin vurdursun!

20-08-2021, 13:09

Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur.

ASmedia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə, mütləq vaksinasiyadan keçməlidir:
“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir:
"Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".


İstifadəçi paneli