Taliban: Bu ölkə Əfqanıstanın inşasında rol oynaya bilər

21-08-2021, 08:10

Çin böyük iqtisadiyyata və potensiala malik ölkədir. Əfqanıstanın yenidən inşasında böyük rol oynaya bilər.

ASmedia.az xəbər verir ki, bunu Taliban sözçüsü Süheyl Şahin deyib.

Bütün dünyanı qonşu və regional ölkələrlə birlikdə Əfqanıstanın yenidən qurulmasında rol almağa dəvət edən Şahin dəstəyə ehtiyac duyduqlarını qeyd edib.

Əfqan xalqının iradəsinə hörmət edilməli olduğunu vurğulayan Şahin beynəlxalq ictimaiyyəti Talibanı rəsmən tanımağa çağırıb.


İstifadəçi paneli