ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNDƏ İQTİSADİ RÜŞVƏT

21-08-2021, 21:20

İqtisadiyyat nazirliyi yanında  Əmlak məsələləri  Dövlət Xidmətində həyata keçirilən RÜŞVƏT İslahatları özünü "dövlət" sanmaqdadır.

Vətəndaş Həsənov Mətləb Səfər oğlu "ŞİKAYƏT"ində iddia edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri  dövlət Xidmətinin məsul əməkdaşı Mirzəyev  Əziz  Mirzəli  oğlu  ondan 6.000 manat RÜŞVƏT  alaraq  dövlət balansında olan əmlakın özəlləşdirərək onun sərəncamına veriləcəyinə vəd etmişdir.

Müştərilərin tapılması,vasitəçilik məsələlərində Torpaq Komitəsində işləyən qardaşı Pilağa Mirzəyevin rolu təkzib edilmir.

Eyni zamanda vətəndaş iddia edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Əziz  Mirzəyev  bu kimi işlərlə illərdir ki,ənənəvi məşğul olur və hətta bir neçə problemlər  Polis və Prokurorluğa araşdırılması üçün göndərilmişdir.

Sonuncu bu kimi kazusların araşdırılması Xətai Rayon Polis İdarəsində zərərçəkmiş Gəncəli Zülal Əliyev ətrafında  baş versədə...

Bu və ya digər arqument-faktlarla bağlı müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına rəsmi sorğu ünvanlanmışdır.

Mövzu diqqətimizdədir.

Lalə Əlizadə


İstifadəçi paneli