Binəqədidə 4 yaşlı uşağı avtomobil vurub

22-08-2021, 09:30

Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib.

ASmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır


İstifadəçi paneli