İsrail HƏMAS-ın silah anbarını vurdu

22-08-2021, 11:00

İsrail aviasiyası Qəzza sektorunda HƏMAS qüvvələrinə qarşı hərbi əməliyyat keçirib.

ASmedia.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat nəticəsində HƏMAS-ın silah anbarı və istehsalı sexi İsrail aviasiyası tərəfindən məhv edilib.

“Şənbə günü Qəzzanın şimalındakı təhlükəsizlik hasarında qarşıdurmalar yaşandı. Qarşıdurmalar zamanı Qəzza sektorundan odlu silahdan atəş açıldı və nəticədə israil sərhəd polisinin hərbçisi yaralandı. Cavab olaraq isə İsrail aviasiyası HƏMAS terror təşkilatının silah istehsal edən sexi və anbarına zərbələr endirdi”, - məlumatda qeyd olunub.


İstifadəçi paneli