ƏMLAK KOMİTƏSİNDƏ SEYİD PROBLEMİ

25-08-2021, 13:32

İqtisadiyyat Naziri Mikayıl Cabbarovun kurasiyasında olan bütün qurumlar iflic vəziyyətdə olmasını artıq özüdə anlamaqdadır.Artıq bu sistemdə çalışan məmurlar heç bir sübuta ehtiyac duymadan oliqarx olduqları səltənətləri ilə sübuta yetirilir.

Adətən Seyidləri daha çox nəzir qutusu, baxıcılıq və digər sahələrdə asan pul qazandıqlarını  gördüyümüz halda hazırda təqdim edəcəyimiz Seyid İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət xidmətində korporativ maraqlara xidmət edən Mirzəyev Əziz Mirzəlioğlu tamamilə fərqli birisidir. 

Əziz Mirzəyev Yusif Səfərov küçəsində dövlət obyektində oturub-oturmamağına baxmayaraq, Göyçaydan başlamış Bakıya qədər bütün rellitorlarla sıcaq münasibətlə yanaşı Dövlət Komitəsində çalışan qardaşı Pilağa vasitəsilə müştərilərdən aldığı qara pullar hesabına Bakıxanov qəsəbəsində ən gözəl panoramalı qəsrin sahiblərindən biridir.

De-fakto, Əziz Mirzəyev həmin malikanənin heç də Əziz xələfələrinin və yaxudda dövlətdən aldığı 1100 manat aylıq məvaciblə inşa etdirə bilməzdi.

Ötən sayımızda Əziz Mirzəyev  barəsində yazılan yazıdan sonra Dövlət adından xərac yığılan digər zərərçəkmiş şəxslərdə Asmedia.az xəbər portalına müraciət etmişdir.

Vətəndaş Möhsün Məmmədov iddia edirki, “Olimp” avto servis (“Daş bazarı”) adlanan məkanda və  3-cü mikrarayon adlanan bazarın arxa hissəsində dövlət balansında olan qeyri-yaşayış sahəsinin adlarına keçirmək məqsədilə Əziz Mirzəyev aldığı rüşvətin fonunda heç bir iş görməmiş və illərdir ki, həmin problemlər sabahın yolunu gozləyir.

Molla prinsipləri ilə çalışan ( “ Mən dediyim et, mən elədiyimi etmə”)   Əziz Mirzəyev azda olsa dövlətçilik,qanunçuluq, xalqa xidmət fəlsəfəsindən anlayışı varmı? 

Ola bilsin ki, bunları anlamaq Seyid üçün çətindir.Lakin hesab edirəm ki, dövlət başçısının televiziya çıxışlarını dinləmək üçün savadlı olmağa bir o qədər də  ehtiyac duyulmur. Şüurlu həyat yaşayan istənilən şəxs televiziya efirlərində edilən çıxışlara qulaq asmaq mədəniyyəti olsa  leytmotivini analayar.

Lalə Əlizadə

P.S. Əziz Mirzəyevdən zərər çəkmiş şəxslər Asmedia xəbər portalı ilə birbaşa əlaqə ( 055 811 12 25) yarada bilər və yaxud da şikayət və təkliflərini e-mail adresimizə göndərə bilərlər.


İstifadəçi paneli