Azərbaycanda hakimi təhqir edən futbolçu cəzalandırıldı

26-08-2021, 15:49

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

ASmedia.az xəbər verir ki, AFFA - nın yaydığı məlumata görə, komitənin iclasında bu qərarlar qəbul edilib:
- 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

- 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində “Keşlə” klubunun 4 nömrəli futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

- 22 avqust, Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.


İstifadəçi paneli