Oxşar xəbərlər
Kəlbəcərdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib.
Əməliyyat nəticəsində rayonun Zar kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 17985 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.