Putin: ABŞ 20 il Əfqanıstanda oldu, nəticə?

1-09-2021, 14:03

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Əfqanıstandakı fəaliyyətini şərh edib.

ASmedia.az xəbər verir ki, o, ABŞ-ın Əfqanıstanda mövcudluğunun ölkəyə faciə gətirdiyini deyib:
“ABŞ qoşunları Əfqanıstanda 20 il ərzində mövcud olublar. 20 ildə çalışıblar ki, orada yaşayan insanları sivilləşdirsinlər, öz normaları və həyat standartlarını təbliğ etsinlər. Nəticə? Yalnız faciə, yalnız itki”.


İstifadəçi paneli