Ermənistan ilk növbədə Azərbaycanla münasibətlər qurmaq yolunda irəliləməyə hazır olduğunu sübut etməlidir. Məhz bundan sonra Ankara ilə İrəvan arasında gələcək münasibətlər məsələsi müzakirə oluna bilər. Bunsuz Türkiyə Ermənistanla dialoqa getməyəcək. Bu, “iki vur iki” kimi bəsit bir məsələdir.
ASmedia.az xəbər verir ki, bu sözləri MDU-nun beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, siyasi elmlər doktoru Aleksey Fenenko deyib.
“Paşinyan hiss etməlidir ki, onun başqa yolu yoxdur. O, ümid edir ki, bu sülh prosesini sonsuzluğa qədər uzatmağa nail olacaq, necə ki, son 30 ildə İrəvan bunu edib. Əgər o, başa düşsə ki, onun belə imkanı yoxdur, danışıqlar masasına əyləşəcək. Paşinyanın və ümumilikdə İrəvanın ən çox qorxduğu da elə budur.
Paşinyan hər zaman oynamağa çalışır. O, iki od arasında qalıb. Ona görə də o, bir tərəfdən xırda təxribatlar taktikasını aparmağa, digər tərəfdən isə hansısa sülh təşəbbüslərini irəli aparmağa çalışır. Sərhəddə atışma bunun bariz nümunəsidir. Bu onun iki stulda oturmaq istəyi ilə bağlıdır", - deyə rusiyalı ekspert qeyd edib.