Oxşar xəbərlər
İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.
Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.