Taliban havaya atəş açan hər kəsi həbs edəcək

4-09-2021, 11:45

Taliban şəhərlərdə havaya atəş açan şəxslərdən silahları müsadirə edib, onları məsuliyyətə cəlb edəcək.

ASmedia.az xəbər verir ki, bu məlumat Talibanın Tvitter hesabında yer alıb.

“Taliban liderinin müavini Məhəmməd Yaqub havaya atəş açanlarla bağlı tapşırıq verib. Sabahdan Kabildə və digər şəhərlərdə hava atəş açan hər kəsdən silahlar dərhal müsadirə ediləcək. Belə fəaliyyətlər xəzinəyə zərər vurur və onların günahkarları məsuliyyətə cəlb ediləcək”, – deyə o bildirib.


İstifadəçi paneli