Sabirabadda naməlum şəxslər 33 yaşlı kişiyə hücum ediblər

5-09-2021, 08:08

Sabirabadda döyülmə hadisəsi baş verib.
 
Aran bürosunun məlumatına görə, hadisə Osmanlı kəndində qeydə alınıb.
 
Kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Səyyaf Fərasət oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
 
Faktla bağlı araşdırma aparılır.
 


İstifadəçi paneli