Əliyev Aqşin Xəyyam oğlu 2006-cı il yanvarın 5-də doğulub.
Yaxın qohumları isə yeniyetmənin ölümünün arxasındakı sirr pərdəsini qaldırıb, Aqşinin əslində sevdiyi qıza görə intihar etdiyini deyir. İntihar edən yeniyetmənin əmisi Samir Cavadov bildirir ki, Aqşin özünə çox qapanmışdı, ailədə heç bir problemi yox idi: "İstədiyi qız olub. Qızın nişanı olub. Saytlarda da yazıb ki, ya o nişanı məhv edəcəyəm ya da özümü. Məncə qıza görə başqasına verildiyinə görə fikirləşib bu hadisə baş verib."
15 yaşlı yeniyetmənin istədiyi qızın nişanlanmağı da, onun bu cavabsız sevgi səbəbindən özünü öldürməyi də Aqşindən sonra çox sualları cavabsız qoyub. Aqşinin sevdiyi qız neçə yaşında idi? Kim idi? 9-cu sinfi yeni bitirən yeniyetmənin sevdiyi qızın valideynləri o yaşda qızı kimə, niyə ərə verirdi? Əslində elə o qızın da kimliyini Aqşin sirr olaraq özü ilə apardı. Yaxınları isə ən çox sosial şəbəkələrdən narazıdır. Aqşinin yaxın qohumu Rza Rzayev deyir ki, telefon ucbatından ailələr dağılır, gənclər yolundan çıxır, müsibətlər baş verir: " Bu telefon ucbatından hər şey olur. Gündə bir sosial şəbəkə yaradılır. Sosial şəbəkələrə qadağalar qoyulsun".
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Araşdırmanın nəticələri açıldıqdan sonra Aqşinin ölümünün gerçək səbəbləri üzə çıxacaq.