Cakartada güclü yanğın: 41 məhkum öldü

8-09-2021, 09:07

İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı həbsxanada baş verən yanğın nəticəsində 41 məhkum ölüb. 39 yaralı var.

ASmedia.az xəbər verir ki, bu barədə yerli dairələr məlumat yayıb. Məlumata görə, hadisə gecə radələrində baş verib. Yanğından sonra digər məhkumların qaçmasının qarşısını almaq üçün əraziyə çox sayda polis və hərbçi cəlb edilib.

Yanğının səbəbi araşdırılır.


İstifadəçi paneli