Blinken: Amerikalıların girov saxlanıldığı iddiası doğru deyil

8-09-2021, 13:28

ABŞ-ın Dövlət katibi Entoni Blinken amerikalıların Əfqanıstanda girov saxlanıldığı barədə iddiaları təkzib edib.

ASmedia.az xəbər verir ki, onun sözlərinə görə, təxliyə bəzi şəxslərin səyahət sənədləri olmadığı üçün yubanıb. Girov saxlanılma iddiası həqiqəti əks etdirmir.

Qeyd edək ki, bəzi mənbələrdə “Taliban”ın yüzlərlə amerikalını və ABŞ üçün işləyən əfqanı girov saxladığı irəli sürülüb.


İstifadəçi paneli