Saralidze: Qarabağdakı həqiqətləri Rusiyada az adam bilir

8-09-2021, 15:34

Mən bu yaxınlarda Qarabağda olarkən başa düşdüm ki, bu torpaqları normal vəziyyətə qaytarmaq, insanların normal, məhz insan kimi yaşayacağı yerlərə qaytarmaq üçün Azərbaycanın qarşısında nə qədər böyük işlər durub.

ASmedia.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Giya Saralidze bildirib.

“Ağdamda gördüklərim... Bu, dəhşətli bir mənzərə idi - ölü torpaq. Sanki Xirosimanı gördüm. Hər şey baxımsızlıq içində idi, dağılmış, cırılmış, sındılılmış… Nə yollar, nə işıq, nə kommunikasiya - tamamilə heç bir şey yox idi. Onu da qeyd edim ki, Rusiyada bu münaqişənin detallarını və Qarabağda əslində nələrin baş verdiyini çox az adam bilir. Bizim məqsədimiz reallığı bu insanlara çatdırmaq olmalıdır”, - deyə o qeyd edib.


İstifadəçi paneli