Putin Belarusa gedir

13-09-2021, 09:00

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin sammitində iştirak etmək üçün oktyabrın ortalarında Belarusa səfər etmək niyyətindədir.

ASmedia.az xəbər verir ki, bu barədə məlumatı bazar günü TASS -a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Bundan əvvəl Belarusiya Prezidenti Aleksandr Lukaşenko Putinlə oktyabrın 15 -də Minskdə keçirilməsi planlaşdırılan MDB sammiti zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin konkret istiqamətlərini müzakirə etmək üçün razılaşmanın olduğunu bildirib.


İstifadəçi paneli