Qubadlı rayon İH "Başçısının” narkotika islahatları

13-09-2021, 18:57

Asmedia.az xəbər portalın məlumatına əsasən, Qubadlı Rayon İcra Hakimiyyətinin Başçısı”  Malik Xızır oğlu İsakovun qardaşı oğlu İskəndərov Elçin Elman oğlu qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ittihamı üzrə həbs edilmiş və  hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. 

Elçin İskəndərov narkotik ittihamı  üzrə dəfələrlə cinayət məsuliyyətinə  cəlb edilsədə, əmisinin və bibisinin hakimiyyət resurslarına və uzantıları hesabına  məsuliyyətdən kənarda saxlanılmışdır.

Son aylar ölkəmizdə narkotik vasitələrin realizasiyasına qarşı aparılan məqsədyönlü mübarizə tədbirləri çərçivəsində Elçin İskəndərov burulğana düşmüş və onun qurtuluşu sonuncu dəfə  mümkün olmamışdır.

Elçin İskəndərovun bibisi Nərminə İskəndərova Bakı meriyasında  ”xanım”  ayaması ilə tanınır.

Qubadlı Rayon İcra Hakimiyyətinin  ”başçısı”  Malik İsakov  isə artıq 22-ci ilə yaxındır ki, Qubadlı Rayon İH “başçısı” vəzifəsində şəxsi korporativ maraqlarına xidmət edir , Sumqayıt və Bakı şəhərində onlarla şəxsi ticarət obyektləri mövcuddur.Eyni zamanda Malik İsakov Qubadlı rayonu işğal edildikdən sonra bu istiqamətdə dövlət tərəfindən tikinti quraşdırma işlərinə dövlət tərəfindən ayrılmış pulları şəxsi nəzir qutusuna doldurmaqla yanaşı həmin rayona getmək arzusunda olan imkanlı şəxslərdən “torpaq basdı” üçün 500 min manat arası başlıq yığmaqda davam edir.

Əldə etdiyimiz məlumatlara görə Malik İsakov Rayonun təhsil, səhiyyə sisteminidə nepotizm  fəlsəfəsi üzrə idarə edir və bütün məktəb direktorları onun qohum-əqrabəsidir.

Səhiyyə və Təhsil Nazirliyindən göndərilən kadrlar, Malik İsakovun iradəsindən kənarda həlli mümkün deyil.

Ətrafında saxladığı calaqçıları vasitəsilə həmin gənc kadrları öz şikarına çevirir və bütün bu kazusların günahkarı kimi hakimiyyəti istinad  edir.

Paradoksaldır, öz ailə üzvlərinə nəzarət edə bilməyən Malik İsakov 20 ilə yaxındır ki, Qubadlı Rayon İcra Hakimiyyətinin “başçısı”  vəzifəsində qalmasını şərtləndirən “müsbət keyfiyyəti” görəsən nədir?

Lalə Əlizadə


İstifadəçi paneli