12 saylı cəzaçəkmə müəssisəsinin rəisinin reket fəaliyyəti

14-09-2021, 17:00

ASmedia.az xəbər verir ki, məhkumlar arasında o, “Çopur Mehman” kimi ad qazanıb. Heç bir anti-tezis hazırlamadan Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 12 saylı CCM-nin rəisi Mehman Əliyevin son 10 gündə həyata keçirdiyi sərhədsiz kriminallarını diqqətinizə çatdırıram.

İllərdir ki, “GLO” siqaret aparatından istifadə edən Tapdıq Namazov bu gün fors-major tələblə razılaşıb. Rəis Mehman Əliyev həmin aparata yenidən icazə verilməsindən ötrü Tapdıq Namazovdan 3 ədəd “Toshiba” markalı soyuducu və 3 ədəd ən son model modern televizor tələb etmişdir.

Vətəndaş Tapdıq Namazov təbii ki, bunu edə bilməyəcəyini bəyan edərkən Mehman Əliyev “Səni  burada çürüdəcəyəm” demişdir.

De-fakto Tapdıq Namazovun 12 saylı CÇM-də cəza çəkməsi qanunsuzdur.

Niyə? Ona görə ki, onun qaynatasının qardaşını qətlə yetirən “Kəpənək” ləqəbli Vaqiflə eyni “zon”da saxlanılması cəzanın icrası qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə ziddir. 

Əgər “Çopur Mehman” dövləti və qanunlarını tanıyırsa, nədən “Cəmdək” ayamalı Fuad Astaralını “zon”a buraxmır? Hər bəladan nəf götürən Mehman Əliyev burada da məkrli niyyətini həyata keçirməkdə davam edir. Belə ki, Fuad Əsgərovu düşmənçilik adı altında “zon”a buraxmayıb 7.000 manat rüşvət alaraq karantində imtiyazlı şərait yaradan rəis Mehman Əliyev onunla düşmənçilik edə biləcək Lənkəranlı Etibar Babayev və digər şəxslərin hər birindən hər ay 300 manat icarə pulu alıb tibb-sanitar hissəsində saxlatdırır.

Ötən həftə tibb-sanitar hissəsində növbəti qalmaqal yaşanıb və yaşanan  qalmaqaldan kəmfürsət Mehman Əliyev mənfəət götürməkdədir. O, Etibar Babayev, Rəşad “Mirni” və 8-ə yaxın vətəndaşı karserə salıb “doperexod” adı ilə hər birindən 1000 manat xərac tələb edir və hətta “humanizm” fədaisi Mehman Əliyev karsa saldırdığı şəxslərdən evlərinə telefon zəng etmə şansı da tanıtdırmışdır.

Əcəba, Qaradağ rayon ərazisində yerləşən 8, 12, 13, 14 saylı CÇM-lərə nəzarət edəcək qurum yoxdurmu?! Bu sahənin kuratoru hara baxır?

Ortaqdır yoxsa...

Hesab edirik ki, Ədliyyə Nazirliyi Pentensiar Xidmətiin rəhbərliyi Mehman Əliyevin dövlətdən, qanundan, insanlıqdan kənar hərəkət və hərəkətsizliyinə hüquqi qiymət verəcəkdir.

Mövzu diqqətimizdədir.

Lalə Əlizadə


İstifadəçi paneli