Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Həsənov Əvəz Maşallah oğlu Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri Veteranları
Şəhid Ailələri İctimai Birliyinin Qubadlı Rayon filiallının Sədri Emirov Fizuli Arif oğlu
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şəhid Həmidov Şükür Nəriman oğlunun atası Həmidov Nəriman Şükür oğlu
2-ci Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan, Polkovnik-Leytenant , Vətən müharibəsi qəhrəmanı Qasımov Faiq Qaçay oğlu
1-ci Qarabağ Müharibəsində Şəhid olmuş , Azərbaycan Bayrağı ordeninə layiq görülmüş Qasımov Həsən Qaçay oğlunun qardaşı Qasımov Cəray Qaçay oğlu
2-ci Qarabağ Müharibəsində şəhid olan Allahverdiyev Vüsal Tahir oğlunun atası Allahverdiyev Tahir Qafaq oğlu
1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Mehdiyev Bəhmən Mehdi oğlunun qardaşı
1-ci Qarabağ müharibəsi Veteranı Mehdiyev Elxan Mehdi oğlu
Azərbaycan Respublikasının əməkdar müəllimi İsmayılov Sabir Səfəralı oğlu və məhkumun anası Məhərrəmova Simuzər Xanlar qızı və digərləri
Məhkumun qardaşı Məhərrəmov Adil Eldar oğlu Sumqayıt Şəhəri 3-cü mikrorayon, ev 17/33, mənzil 9-da yaşayan 1-ci Qarabağ müharibəsi veteranı Məhərrəmov Adil Eldar oğlu adından
M Ü R A C İ Ə T
Çox hörmətli cənab Prezident!
Sizin vətənimizin çiçəklənməsi naminə gördüyünüz böyük işlər hər bir azərbaycanlının qəlbinin sevindirir.Hamı yaxşı bilir ki, Siz xalqımızın gələcəyini düşünməklə həmişə onların qayğısını çəkmisiniz. Köməyə ehtiyacı olan şəxslərə, məcburi köçkünlərə yardımçı olmusunuz. Sizin komandanlığınız altında Azərbaycan Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə xalqımızı nə qədər qürurlandırdısa , liderliyiniz ətrafında bütün xalqın birləşərək milli birlik sərgiləməsi də bizdə misli olmayan qürur yaratdı .Siz “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” ifadəniz hər addımızla təsdiqlənmiş oldunuz.Hər bir azərbaycanlı da öz gücü və bacarığı ilə Sizin əsgəriniz olduğunu nümayiş etdirdi.Azərbaycan Respublikasının Prezidenti kimi göstərdiyiniz diqqət və qayğını alqışlayırıq.Bütün bunlar üçün Sizə sonsuz minnətdar olduğumuzu bildiririk.
Hörmətli Prezident!
Sizə 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq vətənin müdafiəsi uğrunda döyüşlərə qatılan Məhərrəmov Nadir Eldar oğlu haqqında qısa da olsa məlumat vermək istəyirik. Məhərrəmov Nadir Eldar oğlu döyüşlərə qatılanda onun 18 yaşı olub.Yaşının azlığı, təcrübəsizliyi, dünya görüşünün zəif olması, onun başqa şəxslərin təsiri altına düşməsinə səbəb olmuşdur. Nəticədə o da Qubadlı rayonunda “Qaranquş” dəstəsinin törətdiyi cinayətdə təqsirləndirərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Belə ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 17 mart 2003-cü il tarixli hökmünə əsasən Məhərrəmov Nadir Eldar oğlu Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci ilədək qüvvədə olan CM-nin 94-cü maddəsinin 3, 4, 6 və 7-ci bəndləri ilə təqsirli bilinib ömürlük azadlıqdan məhrumetmə cəzasına, CM-nin 217.2-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 12 il müddətinə, CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə və CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan CM-nin 38-ci maddəsinə əsasən, az ciddi cəza ilə əhatə etməklə onun üzərində qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.
Məhərrəmov Nadir Eldar oğlu 20 ildir ki, həbsxanada cəzasını çəkir. Atası vəfat etmiş, 1 uşağı və xəstə anası vardır. Hal-hazırda anasının və ümumiyyətlə ailəsinin maddi durumu ağır olmaqla ürəkaçan deyildir. Qanunvericiliyin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Hesab edirik ki, Məhərrəmov Nadir Eldar oğlunun əfv olunaraq bağışlanması məhkəmənin hökmü ilə təyin olunmuş cəzanın illərlə azadlıqladan məhrumetmə cəzası ilə əvəz olunması mümkündür. Odur ki, dövlətimizin başçısı kimi Sizin köməyinizə ehtiyacımız vardır. İnanırıq ki, üzləşdiyimiz bu problemimizlə maraqlanacaq aidiyyatı qurumlara müvafiq göstəriş verəcəksiniz.
Ona görə də, Sizdən xahiş edirik bizim müraciətimizi nəzərə alıb Məhərrəmov Nadir Eldar oğluna təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasını illərlə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasına köməklik göstərəsiniz.