İmişlidə ağır qəza

9-10-2021, 15:07

İmişlidə bir neçə gün əvvəl avtomobillə toqquşan motosiklet sürücüsü xəstəxanada ölüb.

Hadisə oktyabrın 5-də İmişli rayonunda qeydə alınıb. Ağır xəsarət alan motosiklet sürücüsü İmişli rayon Xəstəxanasına yerləşdirilib. O, daha sonra Bakıya aparılaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, M. Zeynalov ötən gün həyatını itirib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb.


İstifadəçi paneli