Ustanı iş başında tok vurdu

11-10-2021, 11:30

Sabunçu Rayon Prokurorluğu ustanın ölümü ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan daxil olan məlumatda bildirilir:
"Oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır".


İstifadəçi paneli