Rus alim: Korona 3 il davam edəcək

13-10-2021, 09:30

COVİD-19-un yoluxma dinamikasını əsas götürsək, bu virusu keçən əsrin əvvəllərində 3 il mövcud olmuş ispan qripi ilə müqayisə etmək olar.

ASmedia.az xəbər verir ki, bu sözləri rusiyalı virusoloq, professor Aleksey Yakovlev deyib.

“Təbiət ispan qripini yumşaltdı. Xəstəlik 3 il davam etdi. Bu zaman ərzində virusun təbii mutasiyası, insanlar arasında immunitetin formalşaması prosesi baş verdi. Təbiət hələ ki, başqa bir şey tapmadı”, - deyə virusoloq bildirib.

Onun sözlərinə görə, COVİD-19 da ispan qripi kimi ağır davam edir və “sitokin fırtınasına” yol açır:
“COVİD-19 müəyyən zamanla mövsümi xarakter daşıyacaq və buna qarşı hər il peyvənd olunmaq lazım gələcək”.


İstifadəçi paneli