Qubada ağır yol qəzası olub

17-10-2021, 09:48

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.
Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.


İstifadəçi paneli