Şəhid ailələri Z.Qaralovun şərlədiyi iş adamının azadlığını tələb edir!

19-10-2021, 16:26

Ömürlük azadlıqdan məhrum edilmiş 03 yanvar 1957 - ci ildə Xanlar rayonunda anadan olmuş Quliyev Şöhrət Məmməd oğlunun həyatı da hökumət adından qaralananlardandır.

Gəncə şəhərində ümumiyyətlə, Azərbaycanda iş adamı kimi tanınan Şöhrət Quliyevin cinayəti sabiq Baş Prokuror Zakir Qaralovla hesablaşmamasıdır. Eyni zamanda iş adamının vətəndaşlarla münasibəti maddi ehtiyaclı həssas təbəqənin yardımçısı olması Zakir Qaralovun hiddətləndirmiş və onu gedər-gəlməzə göndərməsi ilə bağlı öhdəliyini yerinə yetirmişdir. Şöhrət Quliyev barəsində daha doğrusu onun buxovlanması üçün Prezident İlham Əliyevə məruzə edən Qaralov 8 nəfərin qətlinin sifarişçisi imicini formalaşdırmağa cəhd edir və o bunda alınır.

Necə ki, başqalarına münasibətdə bu baş tutmuşdur.  Zakir Qaralovun təqdimat manerasından asılı olmayaraq, istintaq zamanı iki nəfərin qətlə yetirildiyi aşkarlanmış və bunun Şöhrət Quliyevlə heç bir əlaqəsinin olmadığı sübut olunur. Lakin bununla bərabər Zakir Qaralovun sifarişi üzrə Şöhrət Quliyev ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilir.  

13-cü ildir ki, heç bir hüquqi əsas olmadan Qobustan qapalı həbsxanasında haqqın və ədalətin yolunu gözləyən Şöhrət Quliyev hökümətimizin adından ona qarşı sərgilənən despotizmin sərhədsizliyindən asılı olmayaraq, insanlıq nümunəsini unutmamışdır. Maddi və mənəvi yardıma ehtiyacı olan insanlarla yanaşı şəhid ailələrinə və qazilərə göstərdiyi yardımları bu gündə davam etdirməkdədir. Apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, Şöhrət Quliyev təkcə Gəncə şəhəri sakinlərindən, o cümlədən, bir neçə ailəyə qızını və kürəkənini erməni terrorunda itirmiş Babazadə Sevil Əziz qızına; şəhid Quliyev Elçin Rövşən oğlunun həyat yoldaşı Quliyeva Aysel Namiq qızına; şəhid Əliyev Mərhab Şikar oğlunun həyat yoldaşı Əhmədova Nuridə Maqsud qızına; şəhid Şəfiyev Rəşad Vaqif oğlunun həyat yoldaşı Şəfiyeva Gülnarə Firdovsi qızına və., maddi və mənəvi yardımlarının yüksək səviyyədə davam etdirir. Belə bir şəxsin kiminsə də qətlə yetirilməsinin sifarişçisi olması hansı məntiqə sığa bilər?!

Bu gün onlarla şəhid və milli qəhrəman ailəsi Şöhrət Quliyevin günahsız olduğunu nəzərə alaraqdan dövlət başçısının onun əfv edilməsi üçün müraciət etmişdir. 

Mövzu diqqətimizdədir.


Lalə Əlizadə


İstifadəçi paneli