Cəlilabadda uşaq bağçası yandı

20-10-2021, 10:05

Cəlilabad rayonunda uşaq bağçasında yanğın olub.

ASmedia.az xəbər verir ki, hadisə rayonun Kazımabad kəndində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, uşaq bağçasına ciddi ziyan dəyib.


İstifadəçi paneli