Məşhur aktyor operator və rejissoru güllələdi

22-10-2021, 13:13

Məşhur Hollivud aktyoru Alek Bolduin Nyu Meksikoda "Rust" filminin çəkiliş meydançasında operator və rejissoru güllələyib.

Bu barədə ABŞ polisi məlumat yayıb.

İlkin məlumatlara görə, çəkiliş meydançasında olan aktyorlar boş patronlardan atəş açmalı idilər, lakin patronlar real olub.

Rejissor Coel Sousa aldığı güllə yarasından xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır. 42 yaşlı operator Qalina Hatçinsin isə həyatını həkimlər xilas edə bilməyiblər. Qalina Hatçinsin Ukrayna əsilli olduğu bildirilir.

Hələlik Alek Bolduinə qarşı heç bir ittiham irəli sürülməyib. Filmin çəkilişləri dayandırılıb.
Qeyd edək ki, Alek Bolduin sözügedən filmin prodüseri və aktyorudur.


İstifadəçi paneli