Bakıda dəhşətli qəza

23-10-2021, 13:09

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, “Toyota” markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan kiçiktutumlu yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Toyota” deformasiyaya uğrayıb. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli