Oxşar xəbərlər
Bakıda 37 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Olay.az-ın yazdığına görə, Kamal Namazov tanınmış bloger Ayşən Şirəliyevanın həyat yoldaşı idi. Cütlük qətldən 4 gün öncə nikah bağlayıbmış.
A.Şirəliyeva və yaxınları iddia edir ki, Kamal Namazov döyülərək öldürülüb.