Ramiz Mehdiyevin kadrları öz səmtinə tərəf axır...
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri, Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının sədr müavini Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib.
AS Media.az xəbər verir ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcələssinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətin bütün sosial və təhsil sektoruna sızdırdığı kadları tədricən de-şifrə edilməkdədir. Bir müddət əvvəl Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri, Nəsimi rayon YAP Qadınlar Şurasının üzvü Dürdanə Əliyevaya qarşı rüşvətxorluq və dələduzluqla bağlı cinayət işi başlanmışdır.
Dürdanə Əliyevadan sonra Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva da vəzifəsindən azad olunmuşdur. Hal-hazırda Bakı Slavyan Universitetində bu şəbəkənin Sevil Hümmətova, Vəfa Allahverdiyeva kimi kadrları yeni rəhbərliyin yürütdüyü nepotizm sayəsində yerini möhkəmlətməkdədirlər.