Ən böyük meqapolislərdən biri tezliklə SU altında qalacaq

12-11-2021, 11:01

İndoneziyanın paytaxtı və ən böyük metropolisi Cakarta 2050-ci ilə qədər su altında qala bilər.

ASmedia.az xəbər verir ki, bu barədə İndoneziya Milli Tədqiqatlar və İnnovasiyalar Agentliyi məlumat verib. Mütəxəssislərin fikrincə, qlobal istiləşmənin təsirlərini azaltmaq üçün lazımi tədbirlər görülməsə, əsrin ortalarına qədər şəhərin ən azı 25%-i su altında qalacaq.

Son araşdırmalar göstərdi ki, 2019-2020-ci illər arasında Cakartanın müxtəlif hissələri 1,8 - 10,7 santimetr daşqın riski ilə üzləşib. Bu hadisənin səbəblərindən biri də şəhər sakinlərinin qrunt sularından kütləvi şəkildə istifadə etməsidir. Bu, ölkə paytaxtının altında boşluqlar yaradır və torpağın çökməsinə səbəb olur. Eyni zamanda, dünya okeanının səviyyəsi artıb. Hətta ABŞ prezidenti Co Bayden iyul ayında İndoneziyaya paytaxtı on il ərzində başqa yerə köçürməyi tövsiyə edib, çünki Cakarta iqlim dəyişikliyi səbəbindən su altında qala bilər. Alimlər dəfələrlə Yer kürəsində qlobal istiləşmənin yumşaldılmasının vacibliyini qeyd ediblər. Bunun üçün 190-dan çox ölkə planetdə temperaturun bir yarım-iki dərəcə arasında saxlanmasını nəzərdə tutan Paris sazişini imzalayıb. Bu plana əsasən, dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, emissiyaları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçmək üçün tədbirlər görməlidirlər.


İstifadəçi paneli