Əfəndiyev xəstəxanasında Şaumuyan qəzəbi...

16-11-2021, 10:04

Ötən gecə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan xəstələrə şok terapiya yaşadılıb. Belə ki, yağan yağış əsən küləklər xəstələrin saxlandığı terapiya və nevroloji şöbəsinin üst damınının keyfiyyətsizliyindən istifadə edərək, səhərə kimi müxtəlif əcaib səslərin çıxmasına səbəb olub.

Xəstələr zənn edib ki, gələn əcaib səslər ildirim çaxması, göy guruldaması və yaxud da qlobal sferada yeni möcüzələrin yaranışıdır.

Lakin, sonradan məlum olmuşdur ki, bu səs baxımsızlıq və etinasızlıqdan dövlət xəstəxanasının dam örtüyünün Şamuyandan qalan qalıqlar imiş. Fakt üzrə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının rəsmilərlə əlaqə saxladiq.

Rəsmilər hadisəni bu cür dəyərləndirdilər: 
“Dövlət xəstəxanasıdır dövlətdən heç bir köməklik olunmur ona görədə uculub dağılması labüddür...”

Qeyd edək ki, səhiyyə sistemində insanlığa qarşı həyata keçirilən diskriminasiyalar hər yeni nazirin gəlişində yeni problemlərin genişlənməsinə səbəb olmaqdadır. 

M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanası barədə geniş reportaj məhz bizim təqdimatımızda tanış olacaqsız.

Lalə əlizadə 


İstifadəçi paneli