Nazir baş leytenanta yeni vəzifə verdi

16-11-2021, 11:14

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mingeçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Cinayət Axtarış Bölməsinin rəisi, polis baş leytenantı Qafar Şərifov vəzifəsindən azad olunaraq, Səbail Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin rəis müavini təyin edilib.


İstifadəçi paneli