Oxşar xəbərlər
Universitetin birinci mərtəbəsində zibil qutusunun içərisində kağız yanıb.
Bu barədə ADNSU mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov məlumat verib. O bildirib ki, hadisə mediaya fərqli şəkildə təqdim edilib ki, bu da həqiqəti əks etdirmir:
“Universitetin ikinci tədris korpusunda, birinci mərtəbədə yerləşən zibil qutusunun birində kağız yanıb. Kiçik tüstülənmə olub. Dərhal da işçilər tərəfindən tədbir görülüb və təhlükəsizlik təmin edilib. Hadisə ilə bağlı heç bir təxliyə olmayıb. Bu hal universitetdə dərs prosesinə heç bir mənfi təsir göstərməyib”