Oxşar xəbərlər
İranın Xuzistan əyalətinin Rəmşir rayonunun Ramis kəndindən keçən neft kəmərində partlayış baş verib.
ASmedia.az xəbər verir ki, bu barədə Xuzistan əyalətinin rəsmisi Cəlil Zahiri məlumat yayıb.
O bildirib ki, “Marun Panj” şirkətinin idarə etdiyi neft nəqli xətti zədələnib. İnsan tələfatı yoxdur.
Partlayışın gücündən yaranan kiçik təkanlar ətraf ərazilərdə hiss olunub.