Oxşar xəbərlər
Başa düşə bilmirəm ki, Saakaşvili niyə görə xüsusi məhbus hesab olunmalıdır.
ASmedia.az xəbər verir ki, bunu Tiflisin Gürcü Arzusu Partiyasından olan meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
“Mixail Saakaşvili müqavimət göstərib, ona görə də Penitensiar Xidmətin əməkdaşları onu bu formada kameraya aparmaq məcburiyyətində qalıblar.
Bu kadrları ilk dəfə siz jurnalistlər tələb etdiniz və xidmət də onları yaydı”, - Kaladze bildirib.
Qeyd edək ki, Saakaşviliyə xüsusi münasibət göstərişməsini Gürcüstan Prezidenti Salome Zurabişvili demişdi. Onun sözlərinə görə, etdiyi cinayətlərə baxmayaraq, Saakaşvili prezident institutunu simvolizə edir, onun üçün də xüsusi münasibətə layiqdir.