Ermənistan Müdafiə Nazirliyi son döyüşlərdəki itkilərini AÇIQLADI

19-11-2021, 11:17

Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Azərbaycanla dövlət sərhədində törətdikləri təxribat nəticəsində 6 hərbçinin öldüyünü etiraf edib.

ASmedia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, sərhəddə təxribat törədən zaman Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni hərbçilər aşağıdakılardır:
Baş leytenant Taron Saakyan
Müqavilə əsasında orduda xidmət edənlər:
Merjun Arutyunyan
Qurgen Sarkisyan
Artur Martirosyan
David Amiryan.

Zərərsizləşdirilən altıncı hərbçinin adı açıqlanmayıb. Onun kimliyi dəqiqləşdirilir.

Məlumat üçün bildirək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyi həmin hadisə nəticəsində 24 hərbçisinin itkin düşdüyünü, 13-nün isə əsir götürldüyünü bildirmişdi. Qeyd olunub ki, cümə günü saat 10:00-dan başlayaraq Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşib.


İstifadəçi paneli