Pakistan Hüseyn Rizvini həbsdən azad etdi

19-11-2021, 12:08

Pakistan radikal “Təhrik-i-Ləbbikə Pakistan” (TLP) təşkilatının lideri Saad Hüseyn Rizvini həbsdən azad edib.

ASmedia.az xəbər verir ki, bu barədə “Doon” qəzeti məlumat yayıb.

Məlumata görə, Rizvi iğtişaşlar və anti-hökumət etirazlarını təhrik etdiyi üçün bu ilin aprelindən bəri terrorla mübarizə qanunu əsasında həbs edilmişdi. Artıq o, Lahordakı Kot Lahpat həbsxanasından buraxılıb.

Qeyd edək ki, ötən ay TLP tərəfdarları Rizvinin azad edilməsi tələbi ilə Lahordan Pakistanın paytaxtı İslamabada yürüşə başlamışdılar. İslamçılarla polis arasında toqquşma zamanı 7 hüquq-mühafizə orqanı əməkdaşı həlak olmuşdu, hər iki tərəfdən yaralananların sayı 250 nəfəri ötmüşdü.


İstifadəçi paneli