Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü

27-11-2021, 11:07

Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Belçikanın 2021-ci ilin nüfuzlu “Bogdani” beynəlxalq mükafatına layiq görülüb.

Bu barədə  şair özü məlumat verib.

O bildirib ki, “Bogdani” mükafatı hər il noyabrın 27-də Belçikada və Priştinada keçirilir.

Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir. İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında şeir və yazıları dərc edilib.


İstifadəçi paneli