Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (ƏNPX) böyük Şor qəsəbəsi 8-ci Köndələn ərazisində yerləşən müalicə müəssisəsi (MM) adlandırılan pritonda insanlığa qarşi ənənəvi (apartehit) cinayəti baş vermişdir.Belə ki, 28 idirki, Qobustan Qapalı Həbsxanasında cəza çəkən əslən Şəmkir rayonundan olan "Xorem" ləqəbli Nazim Zeynalov qətlə yetirlmişdir.Nazim Zeynalov həbsxanada Uğur adlı uğursuz uşaq dünyaya gətirmiş Lamiyə Quliyevanın atası Sahib Quluyevin cinayət ortağıdır.
Qeyd edək ki,Sahib Quliyevin özüdə bir neçə il bundan öncə məhz Qobustan Qapalı Həbsxanasında qətlə yetirilmişdir.
Yaxınlarının ASmedia.az xəbər portalına verdiyi məlumata görə, Nazim Zeynalov Qobustan həbsxanasının rəisi Ədliyyə Palkovniki Tahir Yusifov və onun cinayətkar bandası tərəfindən ötən gün fiziki isgəncələrə məruz qoyulmuş və ölümcül şəkildə müalicə müəssisəsinə yatab edilsədə heç bir tibb yardim olmadığından həmin şəxs gözlərinin əbədi yummusdur.Yaxınları onu da iddia edir ki, qэtlэ yetrilэn Nazim Zeynalov heç bir xəstəliyin daşıyıcısı olmamasıdır.
Faktla bağlı müalicə müəssisəsinin rəisi Mail Məmmədovla əlaqə saxladiq. Rəisi Mail Məmmədov fakti təsdiqləsədə tibbi arayışın verilməsi üçün pritonun baş həkimi Nicat Cəlilovla əlaqə saxlamağımızı və ondan bununla bağlı məlumat almağımızı məqsədəuyğun olduğunu bildirdi.
Nicat Cəlilov:
"Ay xanım elə bil ki, başqa planetdən gəlmisiz.Burda bəyəm tək ölən odur ki???
hər gün ən azı 5 nəfər adam ölur!
Niyə başqaları haqqında yox,məhz Şəmkirli Nazim Zeynalov barəsində maraqlanırsız..."
P.S: Nicat Cəlilov özünü sabiq Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general polkovnik Vaqif Axundovun yaxın qohumu kimi istinad etməklə yanaşı, 250000 manat rüsvət verərək 12 sayılı C.C.M-dən MM-ə transfer etdiyini iddia edir.
P.P.S Görəsən aİdiyyatı üzrə Nizami rayon prokurorluğu və eyni zamanda pataloji anatomiya söbəsi ötən gün qətlə yetirilmiş Nazim Zeynalov barəsində gəldikləri "qənaət" və "rəy" nədən ibarət olmuşdur???
Araşdırmamız davam edir.
Nazilə Əliyeva