Oxşar xəbərlər
Rusiyanın Saxalin vilayətində Xolmsk dəniz limanında böyük gəmi sahilə çırpılıb.
ASmedia.az xəbər verir ki, Saxalin vilayəti hökumətinin açıqlamasına görə, Fövqəladə Hallar Nazirliyinin operativ qrupu xilasedicilər dərhal hadisə yerinə gediblər.
Hər hansı bir ciddi qəzanın, təlafatın olmadığı deyilib. Qeyd edək ki, analoji hadisə öncədən də bir neçə dəfə həmin sahildə təkrarlanıb. Gəminin sahilə atıldığını göstərən görüntüləri hadisə şahidləri sosial şəbəkələrdə yayımlayıblar.