Oxşar xəbərlər
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan Boinq-767 təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
ASmedia.az bu barədə aviaşirkətin Feysbuk səhifəsinə istinadən xəbər verir.
Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.