Ümidsiz vətəndaş itirdiyini tapdı

13-12-2021, 15:00

04.12.2021 – ci il tarixində Göyçay rayonu Bığır kəndindən işsiz vətəndaş Behbudov Fəqan Bədrəddin oğlunun oğurlandığı inək 11.12.2021-ci il tarixində Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılaraq müəyyən edilib ki, inəyi oğurlayan şəxslər İsmayıllı rayon sakinləridirlər. İnəyi oğurlayan şəxslər Şamaxı rayon sakininə 500 manata inəyi satmışdırlar. 500 manata inəyi alan Şamaxı rayon sakini iddia edir ki, verdiyim 500 manat qaytarılmalıdır ki, inəyi sahibinə qaytarım.

Paradoksaldır:
Ümidini birbaşa qaramala bağlamış Göyçay rayonu Bığır kənd sakini Behbudov Fəqan Bədrəddin oğlunun iki həftəlik aparılmış mücadiləsindən sonra yaşayışın tək təminatını tapsa da, yenidən deprosiyana düşməkdədir.

500 manatı olsa idi Behbudov Fəqan Bədrəddin oğlu ən azından bu qədər narahat olmazdı. Hedab edirəm ki, hüquq - mühafizə orqanları təxirə salınmadan ədalətli mövqə seçərək və vətəndaş Fəqan Behbudovun dövlətə olan ümidini doğruldacaq.

Qeyd edək ki, fakt üzrə problemini sosiallaşdıran İdeal Media İnformasiya Agentliyi olmuşdur. 
 
Fakt diqqətimizdədir.

Lalə Əlizadə


 


İstifadəçi paneli