Polis hüququn yoxsa despotizmin yanındadır?

14-12-2021, 13:01

Sevinc  Əliyeva ( ad şərtidir) ASmedia.az xəbər portalına gələrək rəsmi müraciət etmişdir.

Müraciətində ölkə başçısına, hüquq-mühafizə orqanlarına digər aidiyyatı qurumlara şikayət edərək qeyd etmişdir ki, özünü Milli Məclisinin işçisi kimi təqdim edən keçmiş həyat yoldaşını Rövşən İsmayılov dəfələrlə məni şiddətə məruz qoyaraq,ölümlə təhdid edib,içi azyaşlı qız uşaqlarına aliment verməkdən imtina edir.

Qaçqınlara Masazır qəsəsbəsində verilən 3 otaqlı mənzildən məni iki azyaşlı qız uşaqlarımla birlikdə çıxarıldığını bildirmişdir.

Dəfələrlə şikayətçi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin " 102" qaynar xətt telefon nömrəsinə zeng edilsə də, bu günə kimi nəticəsiz qalmışdır.

13 dekabr 2021-ci il tarixində əməkdaşımızın  070 406 35 76 əlaqə nömrəsi ilə Rövşən İsmayılovun 070 304 00 00  nömrəsi ilə əlaqə saxlanıldı. Bu zaman əməkdaşımıza Rövşən İsmayılov tərəfindən şikayət edəcəyini  bildirmiş və təhqir etmişdir.

Bununla bağlı əməkdaşımızda Rövşən İsmayılovun səs yazısı var.

14 dekabr 2021-ci il tarixində səhər saat 11 radələrində, əməkdaşımızın 070 406 35 76 əlaqə nömrəsinə Rəşad Məmişov adlı Zəngilan rayon polis şöbəsinin polis əməkdaşı 070 589 84 64 və 051 302 75 64 nömrələri ilə əlaqə saxlamışdır.

Əməkdaşımıza bildirmişdir ki, Rövşən İsmayılov adlı vətəndaş 070 406 35 76 nömrəsinin sahibindən bizə şikayət edib.

Zəngilan rayon polis şöbəsinə, sahə müvəkkilinə sual olunur:
Rövşən İsmayılov tərəfindən dəfələrlə həyat yoldaşı və iki azyaşlı qız uşaqları, şiddətə,təhdidə məruz qalaraq hüquqları pozulsa da, həmçinin Rövşən İsmayılovun özünü Milli Məclisin məsul əməkdaşı kimi təqdim etməsi barəsində nə səbəbə bu günə kimi, bu günə kimi tədbir görülmür, onun etdiyi əmələ hüquqi qiymət verilmir?

Eyni zamanda müvafiq dövlət qurumun diqqətinə çatdırırıq:

Dövlət vətəndaşın ortaq təsisatıdırsa, niyə eyni sistemin daxilində istismar edilən və edən var?

Lalə Əlizadə


İstifadəçi paneli