Oxşar xəbərlər
Rusiya və ABŞ Ukrayna ətrafındakı situasiyadan çıxış yolu tapacaq, lakin sonuncunu Karib böhranından sonrakı Kubanın taleyi gözləyir.
ASmedia.az xəbər verir ki, bu sözləri xorvat nəşri – “Geopolitika”nın siyasi yazarı Zoran Meter öz məqaləsində qeyd edib.
O bildirib ki, ABŞ və NATO Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, öz silahlı qüvvələrindən istifadə etməyəcək:
“Moskvada da açıq bəyan etdilər ki, Kiyev hücum etməyəcəyi təqdirdə, qonşu ölkəyə əməliyyat planlaşdırmırlar”.
Meter əlavə edib ki, Karib böhranı ABŞ-SSRİ arasında hansı rol oynayırdısa, Ukrayna böhranı da rus-amerikan əlaqələrində həmin yerə malikdir. Yazarın fikrincə, ABŞ və Rusiya indi sxemdə mövqeləri dəyişdiriblər, Kubanın əvəzinə Ukraynadır.